Qax bələdiyyəsindən sonra Qəbələ bələdiyyəsi də “MilliÖN” stasionar ödəniş sisteminə qoşulub
Belediyye.infoya daxil olan məlumata görə, bu günlərdə Qəbələ bələdiyyəsi “MilliÖN” stasionar ödəniş sisteminə qoşulub. Məqsəd vergi ödəyicilərinin rahatlığını təmin etməklə, yerli büdcə daxilolmalarının həcmini artırmaqdır.
Bundan əvvəl isə bu sistemə Qax bələdiyyəsi, Xəzər rayonu Mərdəkan bələdiyyəsi və Binəqədi rayon M.ə.Rəsulzadə və Xocasən bələdiyyələri qoşulmuşdu.
Hazırda “Easypay” və “MilliÖN” stasionar ödəniş sisteminə Bakının Nəsimi, Nizami, Səbail (Səbail və Badamdar), Binəqədi (Binəqədi rayon, Biləcəri, Binəqədi qəsəbə), Qaradağ (Lökbatan, ələt, Körgoz, Qobustan, Müşfiqabad, Sahil,) Yevlax, Gəncə (Nizami və Kəpəz) bələdiyyələri, E-manat sisteminə isə Nəsimi bələdiyyəsinin təşəbbüsü və təşkilatçılığı ilə daha on iki bələdiyyə-Bakıxanov, Sabunçu, Yasamal, Kürdəxanı, Maştağa, Xırdalan, Zabrat, Ramana, Nizami, Pirşağı, Balaxanı və Bilgəh bələdiyyəsi qoşulub.
Beləliklə, 25 bələdiyyə “Easypay” və MilliÖN”-ə, 13 bələdiyyə isə E-manat sisteminə qoşulub.
Belediyye.info